Son günlər Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan arasında dialoq intensivləşib. Regionda əməkdaşlıq üçün yeni perspektivlər yaranır. Eyni zamanda, Ukrayna-Rusiya böhranı dünya gündəminin əsas müzakirə mövzusundan biridir.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Türkiyənin Akit Televiziyasında Azərbaycanın və dünyanın gündəmində olan məsələləri hərtərəfli dəyərləndirib.