“Qərb dairələri CHP vasitəsilə TANAP layihəsini ləkələməyə çalışır” – Əhməd Şahidov BengüTürk kanalına danışıb

Ötən həftə Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan deputatın Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı açıqlaması Azırbaycan cəmiyyətində məyusluğa səbəb olub. CHP-nin sədr müavini və İstanbul millət vəkili Aykut Erdoğdu sosial media hesabında bir paylaşım edib. Erdoğdu Türkiyə ilə Azərbaycan arasında təbii qaz müqaviləsində qaz qiymətləri ilə bağlı əsassız və təxribat xarakterli açıqlamalar verib.

Mövzu ilə bağlı Türkiyənin BengüTürk televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov CHP-nin son illər imperialist güclərin piyadasına çevrildiyini və Qərb dairələrinin CHP vasitəsilə TANAP layihəsini ləkələməyə çalışdığını bildirib.

Bu yazını Facebookda şərh et