“Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında tarixi xidmətlər göstərib” – Əhməd Şahidov ANews kanalına danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun “Omikron” ştamı aşkarlanıb.

“Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb. “Omikron” variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”, – Prezident bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

İlham Əliyev koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxan Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana tezliklə sağalmalarını diləyib.

Mövzu ilə bağlı ingilis dilli ANews Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana tezliklə sağalmalarını diləyib və Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında Ərdoğanın tarixi xidmətlərini xüsusi vurğulayıb.

Bu yazını Facebookda şərh et