Daşaltı kəndində aşkar edilən cəsədlərin şəxsiyyəti müəyyənləşdirilir – Əhməd Şahidov İTV-ə danışıb

“Aidiyyəti dövlət qurumları tərəfindən ilk ekshumasiya işi işğaldan azad edilmiş Daşaltı kəndində aparılıb. Qeyd edim ki, 1992-ci ilin yanvar ayının 26-da həyata keçirilmiş uğursuz Daşaltı əməliyyatı zamanı itkin düşmüş 44 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında qeydiyyata alınıb”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Məsələ ilə bağlı İctimai Televiziyaya açıqlama verən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov aşkar edilən cəsədlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq dövlət qurumlarının birgə fəaliyyət göstərdiklərini bildirib.

Bu yazını Facebookda şərh et