Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.
Siyasi şərhçi Əhməd Şahidov ingilisdilli ANews kanalına müsahibəsində Azərbaycan prezidentinin Brüssel səfəri, Azərbaycan-NATO münasibətləri, habelə Nikol Paşinyan və İlham Əliyev arasında keçirilən görüş barədə fikirlərini bölüşüb.