Bugün üç ölkənin liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Rusiyanın Soçi şəhərində üçtərəfli görüş keçiriləcək. Görüşdə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin müəyyən edilməsi və tərəflər arasında davamlı sülh müqaviləsinin imzalanması barədə müzakirə aparılacaq.
Mövzu ilə bağlı Türkiyənin Ulusal Kanal Televiziyasının “Günlük” proqramına danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov jurnalist Seda Anıkın suallarını cavablandırıb.