İlham Əliyev və Nikol Paşinyan görüşəcək – davamlı sülh, yoxsa yenidən müharibə?! – Əhməd Şahidov ANews kanalına danışıb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü nəzərdə tutulub.

Mövzu ilə bağlı ingilis dilli ANews televiziyasına danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov tərəflər arasında müzakirə olunacaq məsələləri şərh edib.