Son günlər Ermənistan və Azərbaycan dövlət sərhədində baş verən toqquşmalar səngiyib. Tərəflər arasında yenidən atəşkəs arasında razılığa gəlinib. Hər iki tərəf itkilərini açıqlayıb.
Erməni tərəfinin sərhəddə bucür təxribatlara əl atmasının arxasında nə dayanır? Bu suala cavab tapmaq üçün Türkiyənin ON4 Televiziyasının “İşin özü” proqramında danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bölgədəki son durum barədə məlumat verib və aparıcı Muhammed Acarın suallarını cavablandırıb.