Türkiyənin Bengütürk kanalında Ermənistanın sərhəddə törətdiyi təxribat cəhdi barədə geniş danışılıb

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Azərbaycana qarşı genişmiqyaslı təxribat törədib. Hazırda bölgədə qızğın hərbi əməliyyatlar davam edir.

Mövzu ilə bağlı Türkiyənin Bengütürk televiziyasında danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov atışmaların Kəlbəcər və Laçın ərazisində yerləşən yüksəliklərdə yaşandığını və Azərbaycan Respublikasının suveren ərazisi olan bu mövqelərdə yerləşən azərbaycanlı əsgərlərə qəfil hücum edildiyini bildirib. Erməni tərəfinin məqsədinin həmin yüksəklikləri ələ keçirmək olduğunu deyən azərbaycanlı hüquq müdafiəçisi bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

#Azərbaycan #Ermənistan #AlJazeera #Qarabağ #müharibə #sülh #Rusiya #Türkiyə #İran #Şuşa #Laçın #Kəlbəcər #Bengütürk

Bu yazını Facebookda şərh et