Nüfuzlu Əl Cəzirə kanalında gərgin debat – Ermənistan-Azərbaycan sərhədində baş verənlər danışılıb

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Azərbaycana qarşı genişmiqyaslı təxribat törədib. Hazırda bölgədə qızğın hərbi əməliyyatlar davam edir.

Mövzu ilə bağlı nüfuzlu Al Jazeera Arabic televiziyasında erməni və azərbaycanlı ekspertlərin iştirakı ilə canlı debat baş tutub. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov debatda erməni tərəfinin sərhəddə təxribatlar törətdiyini və Azərbaycan ordusunun tutarlı cavab verdiyini bildirib.

#Azərbaycan #Ermənistan #AlJazeera #Qarabağ #müharibə #sülh #Rusiya #Türkiyə #İran #Şuşa #Laçın #Kəlbəcər

Bu yazını Facebookda şərh et