G20 Sammiti və regionda baş verən hadisələr “Əsas Məsələ” proqramında geniş müzakirə olunub – AzTV

Romada keçirilən G20 Sammiti zamanı keçirilən görüşlər və aparılan müzakirələr dünyanın gündəmindədir. Sammitdə Cənubi Qafqazdakı proseslər də müzakirə olunub.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar dünya liderlərinin müzakirə predmetinə çevrilib.

Azərbaycan Dövlət Televiziyasının “Əsas Məsələ” proqramının bu dəfəki mövzusu məhz G20 Sammitində gedən müzakirələr və Azərbaycanın yaratdığı yeni reallıqlarla bağlı olub.

Proqramının aparıcısı Jalə Əsgərovanın qonaqları Milli Məclisin üzvü Naqif Həmzəyev, hərbi ekspert Üzeyir Cəfərov və politoloq Əhməd Şahidov olub.

#AzTV #G20 #Azərbaycan #Qarabağ #Türkiyə #Ermənistan #Şuşa #Zəngəzur #Erdoğan #İlhamƏliyev

Bu yazını Facebookda şərh et