Hüquq müdafiəçisi Əhməd Şahidov itkin düşmüş 3890 azərbaycanlının taleyinə aydınlıq gətirib – LAF TV

Ermənistan Azərbaycana qarşı soyqırımı və etnik təmizləmə kimi cinayətlər törədib. Əsir və girov götürülmüş azərbaycanlılar ermənilər tərəfindən kütləvi qətlə yetirilib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə indiyədək məlumat vermir.

LAF Tv-nin “Siyasi müstəvi” proqramının qonağı olan Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov itkin düşmüş minlərlə azərbaycanlının taleyi barədə danışıb və aparıcı Afət Telmanqızının suallarını cavablandırıb.