İran İslam Respublikası ilə Azərbaycan arasındakı münasibətlər və İran ordusunun Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi dünya mediasının diqqətindədir.
Nüfuzlu Sky News Arabia kanalında İran-Azərbaycan münasibətləri və İran ordusunun təlimləri barədə danışılıb. Azərbaycan Demokratiya və İnsan haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Sky News Arabia kanalına açıqlamasında İran-Azərbaycan münasibətlərindəki son durumu şərh edib.