Qafqazın iki önəmli ölkəsi olan Azərbaycan və İran İslam Respublikası arasında son vaxtlar müşahidə olunan gərginlik Türkiyənin TV5 kanalında geniş müzakirə olunub.
“Dış Politika” proramının qonaqları jurnalist Güngör Yavuzaslan, jurnalist-yazar Ramazan Bursa və siyasi şərhçi Əhməd Şahidov aparıcı Mahmut Muslihanın suallarını cavablanbdırıb və İsrail-Azərbaycan-İran münasibətlərini müzakirə ediblər.