Bugün, Yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Bu barədə Türkiyənin Ulusal Kanal Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvadakı görüşünü yüksək dəyərləndirib və bölgənin iqtisadi blokadadan çıxarılması baxımından vacib olduğunu qeyd edib: “Bu, vacib görüşdür və böyük nailiyyətdir. Bu görüş bütün bu illər ərzində bağlı halda qalmış, Azərbaycan və Türkiyə ilə ticarət əlaqələri olmayan, iqtisadiyyatı böyük ölçüdə iflic olan Ermənistana da fayda gətirəcək.”