Tarixi-mədəni irsimizin beşiyi olan Kəlbəcərin azad olunması ARB24 Televiziyasında müzakirə edilib

25 Noyabr tarixində Kəlbəcər rayonu Azərbaycan Ordusunun nəzarəti altına keçib. Bununla da 27 illik işğala son qoyulub. 3050 km/2 ərazisi ilə Azərbaycanın ən böyük inzibati ərazi vahidi olan Kəlbəcər rayonu eyni zamanda zəngin tarixi-mədəni irsi ilə də tanınır.

Kəlbəcərin işğaldan qurtarılması ilə bağlı ARB24 Televiziyasının “Xəbərlər” proqramının xüsusi buraxılışında danışan hüquq müdafiəçisi Əhməd Şahidov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Eyni zamanda ermənilərin son 27 ildə Kəlbəcərdə və digər azad edilən torpaqlarımızda törətdikləri dağıntı və vəhşiliklərin hesablanması və beynəlxalq məhkəmələrdə Ermənistana qarşı maddi təzminat davasının açılmasının vacibliyi barədə də danışıb.

Bu yazını Facebookda şərh et