Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti münasibətləri – Əhməd Şahidov ŞKTC-nin tanınması məsələsini BRT1 kanalında dəyərləndirdi

Azərbaycanın Qarabağdakı uğurundan sonra 30 illik işğal sona çatdı və ŞKTC’nin rəsmi olaraq tanınması üçün yol açıldı. Bundan əvvəl, Azərbaycan ŞKTC’nin rəsmi tanınması üçün cəhdlər göstərmişdi, lakin bu səylər Avropa Birliyi tərəfinin “Biz də Dağlıq Qarabağ Respublikasını tanıyırıq” təhdidi ilə üzləşmişdi. Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasından və Qarabağın Azərbaycana geri qaytarılmasından dərhal sonra ŞKTC-nin tanınması üçün addımların atılacağı gözlənilir. ŞKTC Prezidenti Ersin Tatarın da Ankaranın dəstəyi ilə Pakistan və Liviyaya, eləcə də Azərbaycana “tanıma” səfəri etməsi planlaşdırılır.

ŞKTC-nin BRT1 Dövlət Televiziyasında bu barədə danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycan ilə Ermənistan arasında imzalanan 10 Noyabr müqaviləsi ilə artıq qondarma ‘Dağlıq Qarabağ Respublikası’ adlı qurumun olmadığına diqqət çəkdi: “Azərbaycan öz torpaqlarını işğaldan azad  etdi. Bu proses tam bitdikdən sonra 2021-ci ilin ilk aylarında Azərbaycan ilə ŞKTC arasında rəsmi əlaqələrə başlamaq olar”.