Azərbaycan Ordusunun Şuşa şəhərinə daxil olması sosial şəbəkələrdə işıq sürətilə yayılımaqdadır. Azərbaycan tərəfi rəsmi şəkildə elan etməsə də, artıq bir sıra beynəlxalq mətbuat orqanları və televiziyalar Şuşa şəhərinin Azərbaycan Ordusunun nəzarətində olduğunu bildirirlər.
Bu barədə Türkyənin Ulusal Kanal Televiziyasında müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanın çıxılmaz durumda olduğunu və məğlubiyyəti ilə barışdığını bildirib: “Şuşa şəhərinin geri alınması xəbəri artıq bir çox mənbələr tərəfindən təsdiq olunur. Şuşa Qarabağın əsas nöqtəsidir. Şuşanın alınmasından sonra Ermənistanın çöküşü başlayacaq və ardıcıl məğlubiyyətlərdən sonra Nikol Paşinyan hakimiyyətdə qala bilməyəcək.”