“Rəsmi Yerevan açıq şəkildə beynəlxalq hüquqa və BMT qətnamələrinə hörmət göstərməlidir” – Əhməd Şahidov Press TV kanalına danışıb

Dağlıq Qarabağ cəbhəsində vəziyyət gərgin olaraq qalmaqdadır. Oktyabrın 28-də gün ərzində və Oktyabrın 29-a keçən gecə Ermənistan silahlı birləşmələri cəbhənin müxtəlif istiqamətlərində yerləşən Azərbaycan ordusunun mövqelərini və mülki hədəfləri müxtəlif növ silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutublar.

Hərbi əməliyyatlar əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı rayonları istiqamətində aparılıb. Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Bərdə şəhərinə ikinci dəfə erməni hücumu zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü həlak olub. 39 yaşlı ata Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin mobil təcili tibbi yardım briqadasının tərkibində fəaliyyət göstərirdi və ermənilərin atəş açması nəticəsində həlak olub.

Press TV kanalına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, əksər hücumlar Ermənistan Respublikası ərazisindən həyata keçirilir. Və beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasına görə, Azərbaycan özünü müdafiə haqqına malikdir. Odur ki, Azərbaycan Respublikası Ermənistan ərazisindən atəş açan hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirmək haqqını özündə saxlayır.