“Münaqişənin effektiv həlli üçün bölgə ölkələrindən ibarət vasitəçi missiya yaradılmalıdır” – Əhməd Şahidov ON4 Televiziyasına danışıb

Ermənistan silahlı qüvvələri müharibə cinayətləri törətməkdə davam edir. Bugün, ikinci dəfə, Bərdə şəhərində mülki vətəndaşlar atəşə məruz qalıb. Ermənistan ordusu üçüncü dəfə əldə edilən atəşkəs razılaşmasını kobud surətdə pozaraq, Azərbaycanın mülki vətəndaşlarını hədəf alır və bununla da özünün cəbhədəki uğursuzluqlarını kompensasiya etməyə çalışır.

Bugün Bərdə şəhəri ikinci dəfə raket atəşinə məruz qaldı və mülki azərbaycanlılardan ölən və yaralananlar var.

Bərdə şəhərində ölənlərin sayı 21-ə çatıb. Yaralıların sayı isə 60 nəfərdir. Ermənistan ordusu mülki vətəndaşlar arasında daha çox itkilərin olması üçün kasset bombalarından istifadə edir. Bu, Ermənistan dövləti tərəfindən həyata keçirilən terror siyasətidir. Çünki, Bərdə şəhərinin mərkəzi xüsusilə hədəf olaraq seçilib.

ON4 Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, bucür hücumlar beynəlxalq humanitar aktların və mövcud atəşkəs razılaşmasının kobud surətdə pozulmasıdır: “Mülki vətəndaşlar, uşaqlar və yaşlı insanlar bucür faciələrin qurbanı olmamalıdır. Biz bugün Ermənistan tərəfindən Azərbaycanın mülki vətəndaşlarına qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini görürük. Çünki, Bərdə şəhəri Dağlıq Qarabağdan aralıda yerləşir. Bu rayon cəbhə bölgəsindən xeyli uzaqdadır. Mülki vətəndaşların atəşə tutulması, təbii ki, vəhşilikdir və Ermənistanın bir daha müharibə cinayətinə imza atdığının açıq göstəricisidir.”

Bu yazını Facebookda şərh et