Afrika qitəsində yayımlanan NTR Televiziyasında Dağlıq Qarabağ cəbhəsindəki son vəziyyət müzakirə olunub

Bugün Dağlıq Qarabağ cəbhəsində vəziyyət gərgin olaraq qalmaqdadır. Belə ki, Ermənistan sonuncu atəşkəs razılaşmasına əməl etməyərək, Azərbaycanın Bərdə rayonu ərazisində yerləşən mülki hədəfləri və mülki vətəndaşları atəşə tutur.

Bu təxribatlara cavab olaraq, Azərbaycan Ordusu əks hücuma keçir, düşmənin atəş nöqtələrini zərərsizləşdirir və eyni zamanda yeni-yeni əraziləri erməni işğalından azad edir.

Dağlıq Qarabağ cəbhəsində davam edən münaqişə ilə bağlı Afrika qitəsinin ingilis dilli NTR Televiziyasının “News +” proqramında geniş danışılıb. Müzakirələrdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitununun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov və Polşadakı Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova iştirak ediliblər.

Hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-1994-cü illərdə qəbul etdiyi 4 məlum qətnamə son 30 ildə yerinə yetirilməyib: “Lakin Azərbaycan Ordusu son 30 gün ərzində bu qətnamələrdən artıq ikisini icra edə bilib. Son həftələr ərzində Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində BMT Təhlükəsizlik Şurasının 874 və 884 saylı qətnamələri icra olunmuş sayılır. 822 və 853 saylı digər iki qətnamələrin isə yaxın həftələrdə yerinə yetiriləcəyi gözlənilir.”

Bu yazını Facebookda şərh et