“Ermənistan ordusu özünün terror və müharibə cinayətləri təcrübəsini davam etdirir” – Əhməd Şahidov TRT World kanalına müsahibə verib

İşğalçı Ermənistan ordusunun raket hücumundan sonra Gəncə şəhərində dağıntılar arasından bir-neçə nəfərin ölmüş cəsədi çıxarılıb. Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən bu iyrənc hücumlar nəticəsində Azərbaycanın ikinci böyük şəhərində çoxmərtəbəli yaşayış binaları dağıdılıb.

Gəncə şəhərinin əhalisi erməni ordusunun bu hücumundan böyük zərər görüb.

İlkin məlumatlara görə, 20 ev tamamilə dağıdılıb.

TRT World kanalına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Ermənistan silahlı birləşmələri bugün Mingəçevir şəhərinə də raket zərbələri endiriblər. Bu hücumlar nəticəsində ən azı 47 nəfər həlak olub və 222 nəfər ağır yaralanıb, – Əhməd Şahidov əlavə edib.