“Atəşkəs razılaşması cəbhədəki gərginliyi azaltmayacaq” – Əhməd Şahidov TRT World kanalına danışıb

Moskvada əldə olunmuş atəşkəs haqqında razılaşma Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi üçün nəzərdə tutulub.

Rusiya xarici işlər naziri Sergey Lavrov eyni zamanda bildirib ki, tərəflər də münaqişənin sülh yolu ilə həllinə ən qısa müddətdə nail olmaq üçün əsaslı danışıqlara başlamağı qəbul etdilər.

TRT World Televiziyasına danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanın işğal etdiyi bütün torpaqlardan çıxmalı olduğunu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının zəruliyini bildirib. Və yalnız bundan sonra tərəflər arasında hər hansı sülh danışıqlarının mümkünlüyünü vurğulayıb.