Ötən gün azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov və Türkiyənin tanınmış televiziya aparıcısı və yazarı Ardan Zentürk onlayn video bağlantı yaradaraq, virtual müzakirələr aparıblar. Son günlər Ermənistan-Azərbaycan dövlət sərhəd xəttində yaşanan gərginliklər, erməni tərəfinin təxribatları və Azərbaycanda elan edilən səfərbərlik barədə maraqlı fikir mübadiləsi həyata keçirilib.