Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşma zamanı hər iki tərəf itki verib. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, Ermənistan ordusunun sərhəddə yerləşən Tovuz bölgəsindəki Azərbaycan mövqelərinə top silahlarından istifadə edərək hücum etməsinin qarşısı alınıb.
Açıqlamada qeyd olunur ki, Azərbaycan ordusunun 4 hərbi qulluqçusunun Şəhid olduğu və Azərbaycan ordusunun cavab olaraq, həyata keçirdiyi hərbi əməliyyatlarda erməni ordusu da xeyli itki ilə geri çəkilib.
Türkiyənin “Kanal 24” Televiziyasına danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Moderator Gecə” verilişinin aparıcısı Ardan Zentürkün suallarını cavablandırıb və Tovuz rayonundakı son vəziyyəti şərh edib.