Ermənistanın atəşkəsi pozması və Tovuz rayonunu vurması nəticəsində bir mülki şəxs həlak olub | Əhməd Şahidov TRT World-ə danışır

Ermənistan silahlı qüvvələri tərəfindən bu gün səhər saatlarında Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndi atəşə tutulub və mərmilər yaşayış evlərinə və mülki təsərrüfat sahələrinə düşüb.

Yaşayış evlərinə və fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.

TRT World Televiziyasında “TRT World News” verilişində bölgədəki son vəziyyəti şərh edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov aparıcı Raçel Rublenin suallarını cavablandırıb.