Ermənistan işgal etdiyi torpaqlarda seçkilər keçirir – Əhməd Şahidov “Ulusal Kanal”a danışıb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində keçirilmiş saxta seçkilərdən sonra Mayın 21-də Şuşada qondarma “prezidentin andiçmə mərasimi” təşkil olunub. Bununla bağlı Türkiyənin “Ulusal Kanal” Televiziyasının “Ana Haber” proqramına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın atmalı olduğu addımlar barədə ətraflı danışıb.