Ötən həftə Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatı Dünya Mətbuat Azadlığı üzrə reytinqi açıqlayıb və 180 ölkə arasında Azərbaycanı 168-ci yerdə göstərib. Bu hesabata etiraz edən hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatına video müraciət edib və təşkilatın Azərbaycana münasibətdə qərəzli mövqe tutduğunu və tamamilə reallıq hissindən uzaq olduğunu bildirib.