Əhməd Şahidov Türkiyə televiziyasında 26 Fevral soyqırımı və “Xocalıya Ədalət” beynəlxalq kampaniyası barədə danışıb

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Fevralın 26-da Türkiyənin nüfuzlu xəbər kanalı olan “Ulusal Kanal” Televiziyasına Xocalı Soyqırımının 28-ci ildönümü və “Xocalıya Ədalət” beynəlxalq kampaniyası barədə danışıb.

Şəhidlər Xiyabanından birbaşa canlı video bağlantı ilə Ulusal Kanalın “Günaydın Türkiye” proqramına bağlanan Əhməd Şahidov 28-ci ildönümü qeyd edilən Xocalı Soyqırımı barədə geniş danışıb, o günlərin ağrı-acısını və erməni vəhşiliyini faktlarla açıqlayıb və Azərbaycan tərəfinin bu illər ərzində Xocalı Soyqırımını bütün dünyaya tanıtmaq istiqamətində həyata keçirdiyi addımlardan bəhs edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya Ədalət” beynəlxalq kampaniyası barədə məlumat verən hüquq müdaifəçisi Əhməd Şahidov ölkə başçısı İlham Əliyevin beynəlxalq tribunalardan etdiyi çoxsaylı çıxışları və Azərbaycan gerçəklərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində gördüyü işləri dilə gətirib.

Qardaş Türkiyə Cümhuriyyətinin də hər zaman bu məsələdə Azərbaycana dəstək göstərdiyini dilə gətirən Əhməd Şahidov bir daha bucür soyqırımların yaşanmaması üçün Xocalı Soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməli olduqlarını bildirib.

“Günaydın Türkiye” proqramının aparıcısı Can Karadut Xocalı Soyqırımı ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Bu yazını Facebookda şərh et