Səninlə ömürlük həyat sürməyin,
Sevgi yaşamağın həsrətindəyəm.
Sənin gözlərindən süzülüb gələn,
O saf baxışların həsrətindəyəm.
*****
Hər səhər sənsizlik oyatdı məni,
Gecələr bitməyən kabusum oldun.
Çox sevdim, sevirəm, sevəcəm səni,
Sənin də sevginin həsrətindəyəm.
*****
Sən çox uzaqdasan, əlim yetməyir,
Sanki bir ömürlük məsafəmiz var.
Hərdən düşünürəm “Bəlkə sevməyir?!”
Sevgimə cavabın həsrətindəyəm.
*****
Amma bil ki, səni bu kainatda,
Qarşılıq görmədən sevən ürək var.
Sevgimə sadiqəm bir ömür boyu,
Mən də sevilməyin həsrətindəyəm.
*****
Amma ümidliyəm, bilirəm bir gün,
Sevgimə qarşılıq alacam səndən.
Sənin gözlərindən öpə bilməkçün,
O gücün, cürətin həsrətindəyəm.
Əhməd Şahidov
07 Aprel 2010-cu il, saat 03:26, Bakı, Azərbaycan