Qaxda səfərdə olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov bugün rayonun Şəhidlər Xiyabanını ziyarət edib və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxuyub.
Şəhidlər Xiyabanından video müraciət edən Əhməd Şahidov hər dəfə bu məkana gəlişinin səbəblərini açıqlayıb, sosial şəbəkələrdə ona ünvalanan “Hər dəfə Şəhidlər Xiyabanına niyə gedirsiz və bunu çəkib göstərirsiz?!” tipli suallara cavab verib.
Şəhidlər Xiyabanını ziyarət etməyi hər bir vətəndaşın mənəvi borcu olduğunu deyən hüquq müdafiəçisi cəmiyyətdə məhz bucür fəaliyyətlərin təbliğ olunmasını və gələcək nəsillərə bu baxımdan örnək olmağı məqsədəuyğun adlandırıb.