“Növbəti mərhələdə Dilqəm Əsgərov və Şahbaz Quliyev azad olunacaq” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Bugün azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girovluqda saxlanılmasının beş ili tamam olur.

Dilqəm Əsgərov və Şahbaz Quliyev ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında mülki şəxslərimiz üzərində quruma “məhkəmə” təşkil edilərək, Dilqəm Əsgərov “ömürlük”, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

ARB24 Televiziyasına açıqlama verən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov son 5 ildə azərbaycanlı girovların hüquqlarının qorunması istiqamətində atılan addımlar barədə məlumat verib, Ermənistanın beynəlxalq platformalarda ifşa edildiyini və girovlarımızın azadlığa buraxılması istiqamətində görüləcək zəruri işlər barədə fikirlərini bölüşüb.