Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında Cümhuriyyət Günü barədə danışıb

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov Mayın 28-də Türkiyənin “Ulusal Kanal” Televiziyasının “Günaydın Türkiyə” verilişinin qonağı olub. Canlı yayında tanınmış aparıcı Can Karadutun suallarını cavablandıran Əhməd Şahidov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi barədə ətraflı məlumat verib, ötən müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlar və itkilər haqqında danışıb.

Müasir Azərbaycanın üzləşdiyi problemlərdən söz açan hüquq müdafiəçisi Dağlıq Qarabağ münaqişəsi və onun humanitar fəsadları barədə danışıb, qaçqın və məcburi köçkünlər, habelə azərbaycanlı əsir və girovlarla bağlı geniş məlumat verib.

Mayın 29-da Bakıda keçiriləcək UEFA Çempionlar Liqasinın final oyunu barədə məlumat verən Əhməd Şahidov Azərbaycanın artan beynəlxalq nüfuzunu qısqanan qüvvələr və həmin qüvvələrin son vaxtlar Azərbaycana qarşı apardıqlarını iyrənc kampaniya haqqında danışıb. Bakıda keçiriləcək Arsenal-Çelsi oyunu öncəsi bəzi beynəlxalq təkilatların rəsmi Bakıya qarşı qarayaxma kampaniyası apardığı, lakin bütün bu cəhdlərin iflasa uğradığını deyib. Azərbaycanın inkişaf etmiş və təhlükəsiz bir ölkə olduğunu diqqətə çatdıran hüquq müdafiəçisi bundan sonra da beynəlxalq idman və incəsənət tədbirlərinə ev sahibliyi edəcəyini bildirib.