Böyük Britaniyada fəaliyyət göstərən “Amnesty International” təşkilatı Bakıda keçiriləcək Çempionlar Liqasının final oyunu ərəfəsində Azərbaycana qarşı çirkin kampaniyaya start verib.
Paytaxt Bakının təhlükəsiz şəhər olmadığı barədə yalan təbliğat aparan “Amnesty International” təşkilatının məqsəd və hədəfləri barədə İctimai Televiziyanın “Xəbərlər” proqramına açıqlama verən tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın artan nüfuzunun bir sıra çevrələri narahat etdiyini deyib: “Paytaxt Bakı şəhəri təhlükəsizlik göstəricilərinə görə, dünyanın 340 şəhəri arasında 50-ci yerdə dayanır. World’s Safest Cities Ranking göstəricilərinə görə, Bakı şəhəri Böyük Britaniyanın Liverpool, Belfast, Nottingham, Leeds, Newcastle, Sheffield, Cardiff, Aberdeen, Edinburgh, Brighton şəhərlərindən daha təhlükəsiz sayılır. Bunu biz demirik, Böyük Britaniyanın müstəqil təşkilatı açıqlayıb. Belə olan halda Amnesty International və digər anti-Azərbaycan dairələrin təxribat cəhdləri iflasa uğrayır.”