ÖZÜMÜ AXTARIRAM

Səssizlik bürüyüb dörd bir yanımı,
Divarlar da mənlə kəlmə kəsməyir.
Səssizlik ölüm tək alır canımı
Qaranlıqda özümü axtarıram.
Tez-tez uçur uzaqlara xəyalım,
Sanki bu dünyanın adamı deyil,
Tam başqa dünyanın sakiniyəm mən.
Xəyallar, arzular içində batıb,
İtirib özümü axtarıram mən.
Bu dünyanın varı da, dövləti də,
Sevgisi, həsrəti, məhəbbəti də,
Dostluğu, birliyi, xəyanəti də,
Yaddır mənə, yaddır sədaqəti də.
Yaddır mənə insanların gülüşü,
Yaddır mənə cavanların öpüşü,
Bugün sevib, sabah xəyanət edən,
Üçüncü gün məhəbbətə dönüşü.
Yaddır mənə bu dünyanın hər işi,
Əzəldən sonadək yalan gərdişi.
Ətrafım yadlardır, yaddan da yaddır,
Yadların içində yaşayıram mən.
İstəmirəm bucür insan olmağı,
İnsan adı mənim üçün yad addır.

Əhməd ŞAHİDOV
15 İyun 2010-cu il, saat 03:06, Bakı, Azərbaycan
Bu yazını Facebookda şərh et