BÜTÖV AZƏRBAYCAN GƏNCLİYİ

Azərbaycan! Azərbaycan!
Sən qədim Türk millətinin ən müqəddəs diyarısan,
Farsla rusun arasında parçalanmış yarım cansan,
İllər boyu sürünsən də, yenə məğlub olmamısan
Çün Arazın o tayında yenə bir Azərbaycan var,
Təbrizin də, Bakının da gözlədiyi bu birliyi
Gətirəcək Bütöv Azərbaycan Gəncliyi!

Bu üçrəngli bayrağımız başımız üstdə dalğalanır,
O müqəddəs ayparaya gözlər baxır, bir də baxır
Himnimizi oxuyuruq doğma ana dilimizdə
Təbrizi heç unutmadıq, həp yaşadı qəlbimizdə
Çün Arazın o tayında yenə bir Azərbaycan var,
Təbrizin də, Bakının da gözlədiyi bu birliyi
Gətirəcək Bütöv Azərbaycan Gəncliyi!

Türk gəncliyi nə işğala, nə də zülmə susan deyil!
Rəsulzadə ucaltdısa, bayrağımız enən deyil!
Bütövlükdür, azadlıqdır, məfkurəmiz ellər aşa
Türk gəncliyi! Sən azad ol, sən azad et, azad yaşa!
Çün Arazın o tayında yenə bir Azərbaycan var,
Təbrizin də, Bakının da gözlədiyi bu birliyi
Gətirəcək Bütöv Azərbaycan Gəncliyi!

Bu yazını Facebookda şərh et