…öləndə də gərək adam kimi öləsən
Bilmirəm nədəndir, amma həmişə özümü öldürmək barədə düşüncələrim olub. Həyatdan bezmişəm, yoxsa işlərim düz gətirməyib və ya bu dünyada yaşamaq istəməmişəm, nədirsə istəmişəm bü kainatı tərk edim, bu insanlardan, bu təbiətdən, hətta özüm-özümdən uzaqlaşım. Bilmirəm nəyini bəyənmirəm bu dünyanın: uşaqları atasız-anasız böyütdüyünə görə, yoxsa illərdir övlad arzusundə olan valideynləri sonsuz yaşatdığına görə?!
İnternetdə, mətbuatda həmişə insanların intihar faktları marağıma səbəb olub. Bu sahədə də xaricdəki təcrübədən fərqlənirik. Xaricdə insanlar dərman içməklə və ya xüsusi klinikalarda yatızdırılmaqla dünyasını dəyişirlər. Bizdə nə cürdür? Bir gün eşidirsən ki, hansısa qız Qız Qalasından özünü aşağı atmaq istəyir. Və ya kimsə, özünü dənizə atıb. Bir başqası damarlarını doğrayıb. Bir sözlə, bu siyahını çox uzatmaq olar. Amma bütün intihar faktlarında bir hüzn, dərd, bəla elementləri duyulmaqdadır.
Əşşi, əgər ölümə bir qurtuluş, xilas kimi baxırıqsa, onda gəlin gözəl şəkildə intihar edək, qurtulaq bu əzablı dünyadan. Mən özüm üçün fikirləşdiyim gözəl intihar düsturlarından bir-neçəsini sizlərlə bölüşmək istərdim. Məsələn, mən necə intihar etmək və ya ölmək istərdim?!
Maraqlı sualdır. İstərdim sevdiyim br xanımın dərdindən ölüm. İstərdim ki, Vətən uğrunda şəhid olum. İstərdim ki, gülə-gülə ölüm… lap Anar Məmmədxanlı kimi. İstərdim ki, son anlarım, son nəfəsim sevinc içində keçsin, insanların yaddaşında xoş təəssüratlarla qala bilim. Qoy deməsinlər ki, filankəs öldü, onu itirdik. Desinlər ki, Əhməd dünyasını dəyişdi, sözün əsl mənasında dəyişdi. Daha gözəl dünyaya – yalanın, ikiüzlülüyün, xəyanətin, dedi-qodunun olmadığı bir dünyaya dəyişdi Əhməd bizi. Qoy Əhmədin son sözlərini xatırlayanda dostlarımın, yaxınlarımın dodaqları qaçsın, mənim üçün ağlamasın heç kim. Qoy mənim yoxluğumdan insanlar qazansın, Vətən qazansın. Bundan şərəfli, bundan gözəl ölüm ola bilərmi, sizcə?! Vətən üçün getmək, dövlət üçün getmək, xalq üçün getmək. Sadəcə getmək, ölmək yox!
Ölümə qalsa, indi diriykən olmayan insanlarımız da çoxdur. Qeyri-səmimiliyi özünə həyat tərzi seçən insanlarımız var. Onlar heç doğulmayıblar zatən, neçə ildir mövcud olsalar belə. Mən məhz bucür insanlardan uzaqlaşmaq üçün dünyadan getmək istəyirəm.
Təkcə bir şeyə təəssüflənirəm. Sevdiyim insanlardan ayrı qalacağıma, mənə ehtiyacı olan insanların yanında ola bilməyəcəyimə. Amma yenə də olsun. Onsuz da gec-tez hamı mənim yanıma gələcək… dünyanı tərk edəcək… amma ölməyəcək!
Əhməd ŞAHIDOV
ahmad@www.shahidov.com