BAĞIŞLA MƏNİ

Bugün yağışlı, çiskinli bir gün idi
Külək əsir, göydən yerə dərd, qəm yağırdı
Görüşdük bu yağışlı, çiskinli bir gündə
Günahımı bilirdim,
cəzamı da çoxdan gözləyirdim.
Oturduq, söhbət etdik,
əllərindən tutmaq istədim
Amma qorxdum…
Məni bağışlayarsanmı deyə fikrə daldım
Sən isə heç nə olmayıbmış kimi
yenə mənə baxırdın
Baxdıqca gözlərində
məni necə sevdiyini duyurdum
Amma yenə utanırdım,
çox utanırdım!
Məni bağışlayarsanmı deyə fikrə dalırdım
Sən isə…
yenə böyüklüyünü, müqəddəsliyini qoruyurdun
Əyilmirdin qarşımda!
bu xəyanətə yenilmədiyini
göstərməyə çalışırdın mənə…
Mən isə səni yenə də sevdiyimi
demək istəyirdim…
amma utanırdım və qorxurdum!
Bu qədər xəyanətdən sonra necə?!
Necə deyim axı sənə
“Sevirəm” kəlməsini?!
Sən isə məni diri-diri öldürürdün…
susmağınla…
heç nə olmamış kimi davranmağınla.
Axı mən bilirəm…
gecələr necə əzab çəkdiyini
mənim xəyanətimi düşünüb
uşaq tək ağlamağını
hönkür-hönkür göz yaşı ağıtmağını
hamısını bilirəm.
Nəsə deməyinə ehtiyac yoxdur heç.
Amma yenə yox!
Denən!
Qoy mən cəzamı çəkim
Necə bir xəyanətə imza atdığımı bilim
rüsvay olum sənin yanında,
utanım, yerə girim!
Nifrət edirəm özümə!
Özümü öldürmək barədə düşünürəm!
Axı sənə dediyim sözlərə,
verdiyim vədlərə
əməl edə bilməmişəm
heç nəyə!
Sevgilim, axı səni…
Nə isə…
dilim də gəlmir deməyə
Axı səni…
başqası ilə əvəz etmişəm, əzizim?!
Sən niyə danışmayasan axı?!
Sən bu xəyanətə
sən bu şərəfsizliyə
sən bu nakişiliyə
necə susqun dayana bilərsən axı?!
Yox, yaxşısı budur sən danış!
Tök ortaya kinivi, nifrətivi
Tüpür üzümə, vur məni
Söy məni, təhqir et.
Yox! Mən dinmərəm
Cavab qaytarmaram!
Çünki, nə qədər şərəfsiz addım atdığımı bilirəm!
Heç əfv də diləmirəm!
Ancaq ölüm diləyirəm… Allahdan
Amma sən danışmırsan!
Niyə axı?!
Niyə bu qədər müqəddəssən?!
Niyə bu qədər sevirsən məni?!
Axı sənə xəyanət etdim
bugün bir xəyanət, bir yalan
sabah ikinci, üçüncü və yenə davam
Sən axı mənə layiq deyilsən
sən daha saf və təmiz sevgiyə layiqdin!
Daha heç nə danışma!
Mən dedim hər şeyi
sənin yerinə danışdım.
Özümə nifrət etdim, tüpürdüm üzümə
Sən demə mən bu dünyanın
ən xəyanətkar adamıymışam.
Əgər sənə xəyanət etdimsə,
mən yaxşı adam ola bilmərəm!
Mən yaşaya bilmərəm!
Ya sən öldür məni,
ya da özüm qəsd edim canıma!
Onsuz da bezmişəm, yorulmuşam
sənin bu susqun baxışlarından
susa-susa “Necə etdin bunu?!” deməyindən
Nifrət edirəm özümə
Bitir bu baxışlarını,
son dəfə sıx əlimi
və çıx get!
Get!
və bir daha axtarma məni!
Mən yoxam!
Mən ölmüşəm!
Bağışla məni!

Əhməd ŞAHİDOV
13 Noyabr 2011-ci il, saat 03:35, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et