Əhməd Şahidov Ağ Evdə keçirilən Donald Tramp – Volodimir Zelenski görüşünü CGTN Türk kanalına şərh etdi

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə keçirilən zirvə görüşü gözlənilən nəticələri vermədi. Rusiya tərəfinin maksimalist tələbləri hələ də qalır və qəbul olunmayıb, Ukraynada hərbi əməliyyatlar fasiləsiz davam edir.

Avropa liderləri Ukraynaya dəstəyi davam etdirmək qərarındadır, lakin Trampın sülh təşəbbüsləri hələ ki, real nəticə göstərmir. Analitiklər bildirirlər ki, əgər vəziyyət dəyişməsə, ABŞ Prezidenti vasitəçilikdən geri çəkilə bilər.

Vaşinqtondan CGTN Türk kanalına danışan siyasi şərhçi Əhməd Şahidov vurğulayıb ki, Ağ Evdəki görüş hər iki tərəfin mövqelərini aydınlaşdırsa da, münaqişənin həllinə dair konkret irəliləyiş əldə olunmayıb: “Rusiya tərəfinin sərt mövqeyi açıq şəkildə görünür və Ukraynada vəziyyətin yumşaldığına dair heç bir əlamət yoxdur. Avropanın Ukraynaya dəstəyi davam edir, amma Trampın sülh təşəbbüsləri hələ real nəticələr verməyib və onun vasitəçi rolunu yenidən nəzərdən keçirməsi mümkündür.”