Amerika cəmiyyətində İran müharibəsinə münasibət birmənalı deyil – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

İranda davam edən müharibə və onun mümkün nəticələri hazırda beynəlxalq gündəmin əsas mövzularından biridir. Münaqişənin nə qədər davam edəcəyi, ABŞ cəmiyyətində bu müharibəyə münasibətin necə olduğu, Vaşinqtonun hərbi əməliyyatlara ayırdığı böyük maliyyə vəsaiti, həmçinin İranın hərbi potensialı və müharibənin coğrafiyasının genişlənməsi ehtimalı kimi məsələlər geniş müzakirə olunur.

ARB24 televiziyasında yayımlanan proqramda çıxış edən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, ABŞ cəmiyyətində İranla müharibə məsələsinə münasibət birmənalı deyil və bu mövzu ətrafında ciddi debatlar gedir: “Amerika ictimaiyyətində bir qrup bu müharibəni İranın hərbi və nüvə potensialını zəiflətmək baxımından zəruri hesab edir. Digər qrup isə düşünür ki, uzunmüddətli müharibə ABŞ üçün həm maliyyə, həm də siyasi baxımdan ağır nəticələr doğura bilər.”

Əhməd Şahidov qeyd edib ki, hazırda hərbi əməliyyatların dayandırılması ilə bağlı real müzakirələr aparılmır və tərəflər qarşıdurmanı davam etdirmək niyyətindədir: “ABŞ dövlət büdcəsindən hər gün təqribən 1 milyard dollara yaxın vəsaitin bu müharibəyə xərclənməsi artıq Amerika cəmiyyətində ciddi müzakirələrə səbəb olur. Digər tərəfdən, İran rəhbərliyi müharibəni sona qədər davam etdirəcəyini bəyan edir. Bu isə İranın raket arsenalının nə qədər davam gətirəcəyi və münaqişənin coğrafiyasının genişlənib-genişlənməyəcəyi kimi sualları gündəmə gətirir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir