ZƏLİMXAN YAQUBA…

Sənin hər sözünü, kəlməni sevdim,
Sənin hər gününü, ömrünü sevdim.
Söz deyəndə, meydanlarda olanda
Sənin vücudunu sevdim, bir bilsən!

*****

Mənim söz dünyamda ustadım sənsən,
Ən ağır günümdə ilhamım sənsən.
Təklikdə qalanda, səssiz məkanda
Səni dinləyirəm ancaq, bir bilsən!

*****

Sən söz savaşından qalib çıxmısan,
Vətənimin sazlı, sözlü oğlusan.
Qurban olum, nə badə qocalasan,
Cavan qəlbim sənsiz dözməz, bir bilsən!

*****

Səhər-axşam sən yadıma düşəndə,
Can sağlığı, uzun ömür dilərəm.
Ömür səni imtahana çəkəndə,
Dualarım səninlədir, bir bilsən!

*****

Yenə çərxi fələk səni incidir,
Səni xəstə görmək ağırdır mənə.
İşlər qalsın, sağlamlıq birincidir,
Yaşamaq lazımdır sənə, bir bilsən!

****

Allah, Sənə yalvarıram bu gecə,
Zəlimxanı qaytar yenə xalqıma.
Ona can sağlığı və uzun ömür,
Bəxş elə şairə, məsləhət bilsən!

Əhməd ŞAHİDOV
17 Mart 2010-cu il saat 23:43, Moskva, Rusiya