Əhməd Şahidov Norveç Ombudsmanı xanım Dr. Anna Lindboe ilə görüşüb

tAvropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Aprelin 3-də Oslo şəhərində Norveç Ombudsman İnstitutunu ziyarət edib. Norveç Ombudsmanı xanım Dr. Anna Lindboe ilə görüşən hüquq müdafiəçisi Azərbaycan və Norveç münasibətləri, hər iki ölkədə uşaqların hüquqları və bu istiqamətdə görülən işləri müzakirə edib.

Əhməd Şahidovu Osloda salamlamaqdan məmnunluğunu ifadə edən xanım Dr. Anna Lindboe Norveçdə uşaq hüquqlarının təmin edilməsi istiqamətində atılan addımlardan söz açıb və rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Qarşılıqlı əməkdaşlıq barədə söz açan ADİHİ rəhbəri Əhməd Şahidov uşaq hüquqlarının qorunması sahəsində Norveçin təcrübəsini yüksək qiymətləndirib və bu təcrübədən yararlanmaq istədiklərini vurğulayıb.

Bu yazını Facebookda şərh et