Türkiyənin Mustafa Kaynak Anadolu Liseyində Xocalı soyqırımını anma tədbiri keçirilib

Liseydə təhsil alan 14-17 yaşlı yeniyetmə gənclərə Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı Fevralın 28-də Türkiyənin Dənizli şəhərində yerləşən Mustafa Kaynak Anadolu Liseyində keçirilən “Xocalı Soyqırımı – Türkün Qara Gecəsi” adlı seminarda iştirak ediblər.

Liseydə təhsil alan 14-17 yaşlı yeniyetmə gənclərə Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən hüquq müdafiəçisi Əhməd Şahidov və gənc lider Fərid Şahbazlı iki ölkənin yeniyetmə və gənclərini bu tarixi anları unutmamağa və gələcəkdə bir daha bucür faciələrin yaşanmaması üçün birlikdə olmağa, çalışmağa və təhsildə müvəffəq olmağa səsləyiblər.

Bu yazını Facebookda şərh et