Ötən gün Qax rayonunda səfərdə olan tanınmış hüquq müdafiəçisi, Milli Məclisə keçirilən seçkilərdə Qax camaatının böyük rəğbətini qazanmış Əhməd Şahidov Əmbərçay kəndində yaşayan şəhid ailəsinin qonağı olub. Zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evdə yaşayan şəhid anasını hələ 2015-ci ilin Oktyabr ayında ziyarət etmiş Əhməd Şahidov ötən 2 il ərzində bu ailənin qayğıları ilə kimsənin maraqlanmadığını və Qaxdakı yerli qurumların şəhid anasına hələ də biganə yanaşdığını öyrənib.