ZİRƏDDİN RZAYEVDƏN ŞEİR CAVABI GƏLDİ

HALALDI, ƏHMƏD!
Sən elimin gənc alim övladısan,
Halal olsun sənə, halaldı Əhməd.
Sözün hikmət adlı sən ümmanısan,
Halal olsun sənə, halaldı Əhməd.

*****

Vurğunsan üç rəngli bayrağımıza,
Azərbaycan adlı torpağımıza,
Söz ilə sən yetiş sorağımıza,
Halal olsun sənə, halaldı Əhməd.

*****

Şəhidlərin qəlbində matəmi var,
Xocalının kədəri var, qəmi var,
Qarabağın dumanı var, çəni var,
Halal olsun sənə, halaldı Əhməd.

*****

Bu dünyanın işi belə də qalmaz,
Qarabağ bizimdir, haqdır, danılmaz,
Haqqı dedin, haqqı kitablara yaz,
Halal olsun sənə, halaldı Əhməd.

*****

Vətənimin alimləri çox olsun,
Xainləri, nankorları yox olsun,
Biz ucalaq, düşmənlərə ox olsun,
Halal olsun sənə, halaldı Əhməd.

*****

İlhamdır, rəhbərdir Əliyev bizə,
Layiqli oğuldur vətənimizə,
Dəsdəkdir bizlərə düşən vəzifə,
Halal olsun sənə, halaldı Əhməd.

*****

Ziyaəddin əyri deməz sözünü,
Mən sözlərin söyləmişəm düzünü,
Yüksəklərdə görüm sənin üzünü,
Halal olsun sənə, halaldı Əhməd.

Zirəddin RZAYEV
16 Yanvar 2010-cu il, Moskva, Rusiya

Bu yazını Facebookda şərh et