GƏLİN, ZİRƏDDİNİN QƏDRİNİ BİLƏK!

Bir gündə tanındı bütün dünyaya,
Zəkasıyla milyonları fəth etdi.
Onu seyr etdikcə yaşayır ürək
Gəlin, Zirəddinin qədrini bilək!

*****

Onun uşaqlığı çox ağır keçib,
Bir tikə çörəyə həsrət qalmışdı.
Lakin vücudunda yaşayır mələk,
Gəlin, Zirəddinin qədrini bilək!

*****

Ölkəsini uzaqlarda tanıdır,
Vətəninin şərəfi, ad-sanıdır.
Bunun üçün çox sərf edibdir əmək,
Gəlin, Zirəddinin qədrini bilək!

*****

Hər gün köməksizə yardım eyləyir,
Milyonlarla insan onu gözləyir.
Hər sözü məlhəmdir, hər sözü dəstək,
Gəlin, Zirəddinin qədrini bilək!

*****

Tez-tez küsüb, inciyən ürəyi var,
Ona ləkə atıb, şər deyənlər var.
Niyə bir-birimizi pisləyək gərək?!
Gəlin, Zirəddinin qədrini bilək!

*****

Çox dostları, yoldaşları var onun,
Çünki saf su kimi bir ürəyi var.
Ona sağlığında biz qiymət verək,
Gəlin, Zirəddinin qədrini bilək!

*****

Onunla dostluqdan çox bəxtiyaram,
Xətrinə dəyənin qarşında varam.
Hər dəfə təkrarən söyləyəm gərək,
Gəlin, Zirəddinin qədrini bilək!

*****

Xalqım onunladır, gəlin söyləyək,
Zirəddin, həmişə üzüvü görək.
Dua et, Qarabağ alınsın gərək,
Gəlin, Zirəddinin qədrini bilək!

Əhməd ŞAHİDOV
16 Yanvar 2010-cu il saat 13:22, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et