DÜŞMƏN, SƏNDƏN ALACAĞIM VAR MƏNİM!

Soxuldun torpağıma, zəhər qatdın balıma,
Sahib çıxdın düzümə, səfalı yaylağıma.
Əl uzatdın Şuşama, gözəl Qarabağıma,
Düşmən, səndən alacağım var mənim!

*****

Tarix boyu etdiyin yaddaşımdadır mənim,
Vaxt var idi əlimdən çörək yeyirdin mənim.
Yazılıbdır tarixə soyqırımlı günlərim
Düşmən, səndən alacağım var mənim!

*****

Əslində sən cılızsan, iyrənclikdə yox tayın,
Etdiyin namərdliyin bir Allah bilir sayın
Türk ayağa qalxdısa, kimsə duymaz harayın
Düşmən, səndən alacağım var mənim!

*****

Sanma ki, döyüşdən qalib çıxmısan,
Döyüşə tək gəlsən, qorxub qaçarsan.
Bu dəfə əlimdən qurtulamazsan,
Düşmən, səndən alacağım var mənim!

*****

Hər qaranlıq gecənin bir aydın səhəri var,
İndi məmləkətimin yenilməz əsgəri var.
Qarşında dik durmuşam, arxamda dövlətim var,
Düşmən, səndən alacağım var mənim!

*****

Səninlə bir masaya son dəfə oturacam,
Torpaqları qaytarıb intiqamı alacam.
Sənin başını tutub bədəndən qoparacam,
Düşmən, səndən alacağım var mənim!

Əhməd ŞAHİDOV
11 Yanvar 2010-cu il saat 06:52, Bakı, Azərbaycan

*** Bu şeiri müəllifin öz ifasında eşitmək üçün bura daxil olun…

Bu yazını Facebookda şərh et