“Aprel döyüşlərindən sonra erməni diplomatları barışıq mesajları verirlər” – Əhməd Şahidov

ganca12iyul12Əhməd Şahidov Gəncədə keçirilən ictimai müzakirələrdə iştirab edib

İyulun 12-də İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətən mənə oğul desə, nə dərdim…” adlı layihə çərçivəsində Milli Qəhrəmanların və vətənpərvərlik hisslərinin təbliği ilə bağlı ictimai müzakirə keçirilib. Müzakirələrin keçirilməsində əsas məqsəd Milli Qəhramanların təbliği və onların şərəfli döyüş yolu haqqında gəncləri maarifləndirməkdir. Layihə çərçivəsində Qəhramanım.az saytı da təqdim edilib. Burada məqsəd Milli Qəhramanlarla bağlı ümümi bir baza yaratmaq, onların həyat yolu haqqında foto və video materiallar yerləşdirmək və qəhrəmanların döyüş yolunu təbliğ edən məlumatların yayılmasıdır. Bu məqsədlə təkcə Gəncədə deyil, digər regionlarda da saytın təqdimatı keçirilir.

Tədbiri giriş sözü ilə açan İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Vətən uğrunda şəxsi igidlik nümunələri göstərmiş Milli Qəhrəmanlarımız hər bir Azərbaycan gənci üçün nümunədir. İGİB sədri qeyd edib ki, layihə çərçivəsində maarifləndirici materiallar, internet saytı və video-çarxlar hazırlanır. “Vətən mənə oğul desə, nə dərdim” adlı layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin Milli Qəhrəmanların geniş şəkildə tanıdılması, onların keçdiyi şərəfli həyat yolunun təbliği vasitəsilə həyata keçirilməsini hədəfləyir.

Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Kənan Məmmədov tədbir iştirakçılarını və qonaqları salamlayaraq, Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı olması və belə əhəmiyətli tədbirlərin məhz Nizami yurdunda keçirilməsinin əhəmiyyətindən danışıb. Kənan Məmmədov bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində günü-gündən yeni uğurlara imza atan ölkəmiz ərazi bütövlüyünü də tez bir zamanda bərpa edəcək.

Daha sonra çıxış edən natiqlər – Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə, İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin sədri Nihad Allahyarlı, Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu Milli qəhrəmanlarımızın təbliğinin, onların geniş ictimaiyyətə tanıdılmasının vacibliyini qeyd edib və bu istiqamətdə gənclərin üzərində düşən vəzifələrdən söz açıblar.

Daha sonra çıxış edən Əhməd Şahidov Azərbaycanın qəhrəmanlıq salnaməsi barədə məlumat verib və Vətənin bütövlüyü uğrunda canından keçmiş insanlardan danışıb. Bu qəhrəmanların bugün də yaşadığını diqqətə çatdıran Əhməd Şahidov bu ilin Aprel ayında cəbhədə gedən döyüşlər zamanı Azərbaycan ordusunun şücaətinə diqqəti çəkib və Aprel döyüşlərindən sonra erməni diplomatların beynəlxalq tədbirlərdə barışıq mesajları verməyə başladıqlarını deyib.

Tədbir gənclərin sualları ətrafında müzakirələrdə davam etdirilib.

ganca12iyul2 ganca12iyul3 ganca12iyul4 ganca12iyul5 ganca12iyul6 ganca12iyul7 ganca12iyul8 ganca12iyul9 ganca12iyul10 ganca12iyul11 ganca12iyul12 ganca12iyul13 ganca12iyul14 ganca12iyul15

Bu yazını Facebookda şərh et