ADİHİ rəhbəri və amerikalı diplomat Azərbaycanda insan haqlarının durumu və son əfv fərmanı barədə fikir mübadiləsi aparıblar
Ötən gün Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Robert Frensis Sekuta ilə görüşüb. Azərbaycanda insan haqlarının durumu barədə söz açan ADİHİ rəhbəri ölkə başçısının Mart ayında imzaladığı Əfv Fərmanı barədə danışıb.
Azərbaycan-ABŞ münasibətlərinə toxunan amerikalı diplomat rəsmi Vaşinqtonun regionda güclü bir Azərbaycan görmək istədiyini deyib və ölkələr arasındakı əməkdaşlıq əlaqələrinin bundan sonra inkişaf edəcəyini diqqətə çatdırıb.