Dağlıq Qarabağda birgə yaşayış mümkündürmü? – VII Qlobal Bakı Forumunda maraqlı sual

shahidov_bmtAprelin 27-də Bakı şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adlı 7-ci Qlobal Forumu öz işini yekunlaşdırıb. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın da iştirak etdiyi panel zamanı moderator auditoriyaya səslənərək, çıxışçılara kimin sualının olduğunu soruşub. Hüquq müdafiəçisi Əhməd Şahidov əlini qaldıraraq, sual vermək istədiyini deyib və mikrofona tərəf gəlib. Beynəlxalq qonaqların və Azərbaycan hökumət nümayəndələrinin qarşısında sual verən ADİHİ rəhbəri müharibədən sonra Dağlıq Qarabağda birgə yaşayışın perspektivləri barədə söz açıb və ermənilərlə birgə yaşayışın necə mümkün olacağını soruşub.

Əhməd Şahidov bildirib ki, Azərbaycanın birgə yaşayış sahəsində kifayət qədər təcrübəsi var və buna sübut kimi hazırda Azərbaycanda yaşayan 30 min ermənini misal göstərmək olar. Ermənistan əhalisinin isə 99 faizinin etnik ermənilərdən ibarət olduğunu diqqətə çatdıran ADİHİ rəhbəri gələcəkdə erməni və azərbaycanlıların birlikdə necə yaşayacaqlarını soruşib. Bu suala Türkiyədən olan keçmiş nazir Egemen Baxış və Spaniyadan olan digər natiq cavab veriblər. Forum zamanı maraqlı fikir mübadiləsi kimi yadda qalan bu məqam zalda əyləşənlərin alqışları ilə müşayiət olunub.